Açiq mənbələrdən foto.
İlham Əliyev Ağstafa və İmişliyə yeni icra başçısı təyin edib
Bakı/21.05.20/Turan: Azərbaycan prezidenti İlham Əliyev 21 may tarixli sərəncamı ilə Seymur Orucovu Ağstafa rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edib. Orucov bu təyinata qədər hakim Yeni Azərbaycan Partiyasının gənclər təşkilatına sədrlik edirdi.
Dövlət başçısının digər bir sərəncamı ilə Elşin Rzayev İmişli rayonunun icra başçısı təyin edilib. Buna qədər Rzayev Yasamal rayon icra başçısının müavini vəzifəsində işləyirdi.
Xatırladaq ki, Ağstafa və İmişli rayonlarının keçmiş icra başçıları DTX-nin xüsusi əməliyyatları nəticəsində həbs edilib. -06D-
-
- Siyasət
- 21 May 2020 14:28
-
- İqtisadiyyat
- 21 May 2020 14:46
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz