Açiq mənbələrdən foto.
İlham Əliyev pravoslavları Milad Bayramı münasibətilə təbrik edib
Bakı/04.01.23/Turan: Dövlət başçısı İlham Əliyev Azərbaycanın pravoslav icmasını Milad Bayramı münasibətilə təbrik edib.
Cəmiyyətimizdə yüz illər boyu təşəkkül tapmış mədəni müxtəlifliyin, yüksək humanizm prinsiplərinin, zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
"Azərbaycanın digər etnik-dini qrupları kimi xristian həmvətənlərimiz də öz adət-ənənələrini, dil və mədəniyyətini yaşadaraq ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, respublikamızda gedən böyük inkişaf və quruculuq prosesində vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.
Milad bayramını yeniliyin, paklığın, mərhəmət və xeyirxahlıq duyğularının rəmzi adlandıran dövlətimizin başçısı qeyd edib: “Bu müqəddəs gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram", deyə təbrik məktubunda bildirilir. 0
-
- Cəmiyyət
- 4 Yanvar 2023 16:59
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz