Açiq mənbələrdən foto.
İran səfirinə Azərbaycanla münasibətləri yaxşılaşdırmaqla bağlı tapşırıqlar verilib
Bakı/04.01.22/Turan: İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Tehrana çağırılıb, burada XİN başçısı Hüseyn Abdullahiana Tehran və Bakı arasında ikitərəfli münasibətlərin hazırki vəziyyəti, habelə gələcək gündəlik haqqında hesabat verib, bu barədə İran XİN-in məlumatında bildirilir.
İranın XİN başçısı Tehranın bütün qonşuları ilə yaxşı münasibətləri olduğunu bildirib. "O, Musəviyə iki ölkə arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində münasibətlərin inkişafı və möhkəmləndirilməsi, yaxın gələcəkdə ikitərəfli iqtisadi komissiyanın uğurlu iclasının keçirilməsi üçün zəruri təlimatlar verib", deyə məlumatda bildirilir.
Xatırladaq ki, bundan əvvəl Musəvinin Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşü keçirilib, daha sonra Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı baş tutub.
Münasibətlərin istiləşməsi hər iki ölkənin dövlət KİV-ləri səviyyəsində bir neçə həftə davam edən qarşılıqlı ittihamlardan sonra baş verir. 02D
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz