Açiq mənbələrdən foto.
Azərbaycan XİN Yerevana cavab verib
Bakı/04.01.23/Turan: Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Laçın yolunda etirazlarla əlaqədar 2023-cü il yanvarın 3-də yaydığı növbəti bəyanatı tamamilə əsassızdır və beynəlxalq tərəfdaşlar arasında məsələ ilə bağlı çaşqınlıq yaratmaq və vəziyyəti süni gərginləşdirmək məqsədi daşıyır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin yanvarın 4-də yaydığı şərhdə deyilir.
Şərhdə Ermənistan tərəfin belə məzmunlu bəyanat yayması təsadüfi sayılmır və Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərin davam etməsində maraqlı olması kimi dəyərləndirlir.
Şərhə görə, Azərbaycan hökuməti 1 ildən artıq müddətdə, yəni 2021-ci ilin noyabr ayından etibarən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısını almaq məqsədilə müraciətlər ünvanlayıb, sonuncu dəfə 3-10 dekabr tarixlərində məsələni danışıqlar yolu ilə həll etməyə cəhd göstərib.
Bütün bu səylərə baxmayaraq, erməni tərəfin müraciətlərə məhəl qoymamasının Azərbaycan ictimaiyyətinin haqlı etiraz aksiyasına səbəb olduğu xatırladılır.
Erməni tərəfin dinc aksiya əleyhinə münasibəti Azərbaycan ərazisində mövcud olan bütün təbii sərvətlərin Azərbaycana məxsusluğu barədə müddəanın əks olunduğu ölkə Konstitusiyasına və etirazçıların hüquqlarına qarşı hörmətsizlik kimi dəyərləndirilir və qəbuledilməz sayılır.
Şərhdə erməni tərəfin Laçın yolunun bağlanması və humanitar böhran yarandığı iddiaları da əsassız hesab edilir və yolun faktiki açıq olduğu vurğulanır.
Üçtərəfli bəyanatın pozulması barədə iddialara gəlincə, şərhdə deyilir ki, bu sənədə əsasən, Laçın yolundan qeyri-qanuni çıxarılan təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycandan hələ də tam çıxarılmayan erməni silahlı qüvvələrin hərbi təchizatının davam etdirilməsi kimi istifadə edilməsi yoıverilməzdir.
Həmçnin vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 20 dekabr 2022-ci il tarixli iclasında bütün BMT TŞ üzv dövlətləri Üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsini vacib sayıblar.
Azərbaycan ərazisinə hər hansı bir missiya göndərmək barədə Ermənistanın çağırışları isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı növbəti təxribat kimi qiymətləndirilir.
Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə çağırır. 05D
-
- Siyasət
- 4 Yanvar 2023 12:54
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz