Açiq mənbələrdən foto.
Laçın dəhlizində aksiyanın 24-cü günü
Bakı/04.01.23/Turan: Laçın-Xankəndi yolunda vətəndaş fəallarının keçirdiyi aksiyanın 24-cü günüdür. Ötən gün ərzində və bu gün səhər Rusiya sülhməramlılarının yük maşınları hər iki istiqamətdə maneəsiz olaraq hərəkət edib.
Yanvarın 4-də səhər saatlarında Qırmızı Xaç Komitəsinin üç avtomobili Xankəndindən Ermənistana keçib. Ermənistan KİV-lərinin məlumatına görə, Qırmızı Xaç Komitəsinin maşınlarında iki ağır xəstə olub, onlar Ermənistan xəstəxanalarına aparılıblar. 02D
Siyasət
-
“Azel” TV saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstandan Azərbaycana ekstradisiyası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bir həftə müddətinə dayandırılıb. Bu barədə Gürcüstan Sosial Ədalət Mərkəzinin rəhbəri, Sadıqovun hüquqi müdafiəsini həyata keçirən Tamta Mikeladze Facebook-da yazıb.
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
Rəy yaz