Açiq mənbələrdən foto.
Putin Ukraynada uğursuzluğa düçar olur - Dövlət Departamenti
Vaşinqton/04.01.23/Turan: Kremlin Ukraynalıların ürəyinə qorxu və ümidsizlik salmaq cəhdləri "uğursuzluğa düçar olur", bu barədə çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.
Turan-ın son günlər Rusiyanın İran istehsalı olan PUA-larla hücumları fəallaşdırmasının səbəbi haqqında sualına cavabda Prays belə deyib: "Hamıya aydındır ki, Putinin hərbi məqsədləri uğursuzluğa düçar olub".
"Ruslar daha çox kritik əhəmiyyətə malik infrastruktu, enerji obyektlərini, mülki hədəfləri bombalayır, bizim üçün bu, vəhşilik və uğursuz strategiyanın göstəricisidir".
Praysın sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Ukraynanın minlərlə dinc sakini öldürülüb, şikəst edilib və yaralanıb və onların əksəriyyəti hərbi cinayətlərin və digər vəhşiliklərin qurbanı olub. Hazırda Ukraynada 5,9 milyondan çox daxili köçkün və 7.8 milyondan çox ölkəni tərk etmiş qaçqın var.
"Bundan başqa, Kreml əsas ərzaq məhsullarının inkişaf etməkdə olan ölkələrə tədarükünə mane olmaqla və enerji bazarlarında qiymət artımını sürətləndirərək, inflyasiyanı gücləndirməklə, bütün dünyada insanların həyatını çətinləşdirib", deyə Prays bildirib.
Eyni zamanda, Kremlin Transatlantik birliyi parçalamaq planları "əks təsirə malik olub".
"Biz Finlandiya və İsveçin həmişəkindən daha da güclü olan və Ukraynanı tamamilə dəstəkləyən genişlənmiş NATO-ya qoşulmasını səbrsizliklə gözləyirik", deyə o bildirib.
Dekabrın 29-da Bayden Ukraynaya və digər tərəfdaşlara dəstək üçün, habelə müharibənin nəticələrinin aradan qaldırılması üçün 44,9 milyard dollar ayrılmasını nəzərdə tutan Ukrayna üçün əlavə yardım haqqında Qanun imzalayıb. 0
-
- Siyasət
- 4 Yanvar 2023 12:54
Siyasət
-
Yanvarın 16-da Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıya rəsmi səfərə gəlib, yanvarın 17-də isə Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakıya gələcək, “Exo Kavkaza” hökumət mənbələrinə istinadən bildirib.
-
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın monitorinqi üzrə həmməruzəçisi Lize Kristofersen (Norveç) və siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) tanınmış azərbaycanlı vətəndaş fəalı Bəxtiyar Hacıyevin barəsində hökmdən dərin narahatlıqlarını ifadə ediblər.
-
Çərşənbə günü Bayden administrasiyası Rusiyaya qarşı yeni "kəskin" sanksiyaları və Moskvaya qarşı əvvəlki sanksiyaların sərtləşdirildiyini elan edib, Turan-ın Vaşinqton müxbiri bildirib.
-
Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Brüsseldə NATO Hərbi Komitəsi Baş Qərargah rəisləri formatında keçirilən iclasda iştirak edib.
Azərbaycan-Qərb və Azərbaycan-Rusiya münasibətləri. Münasibətlər hara istiqamətlənib? – Nahid Cəfərov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 197
Rəy yaz