
Mark Libby
Bayden yenidən Mark Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini irəli sürüb
Vaşinqton/04.01.23/Turan: Prezident Bayden yarım ildən çoxdur səfir təyin edilməsi təxirə salınan diplomat Mark Libbinin Azərbaycanda səfir təyin edilməsində israr edir, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Bayden çərşənbə axşamı, Konqresin yeni sessiyası başladığı gün yenidən Libbinin namizədliyini irəli sürüb. O, Konqresin son sessiyasında namizədliyi təsdiq edilməyən 175 namizəddən Ağ Ev tərəfindən təkrarən təqdim edilən 85 namizəddən biri idi.
Hazırda Vaşinqtonda Milli Hərbi Kollecdə fakultə müşaviri olan Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyi 25 may 2022-ci il tarixində irəli sürülüb. Amma indiyədək o, Senatın erməni lobbiçi Bob Menendesin rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində dinləmələrə dəvət edilməyib.
Libbi ABŞ-ın Avropa İttifaqındakı səfirinin müavini vəzifəsində, habelə Varşava, Nikosie və Bağdadda diplomatik missiyalarda siyasi məsələlər üzrə müşavir vəzifəsində işləyib.
Libbi Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin direktor müavini, Mərkəzi Avropa üzrə İdarənin direktor müavini, Cənubi Avropa üzrə İdarənin direktoru vəzifələrində işləyib. 25B
-
- Siyasət
- 4 Yanvar 2023 12:15
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz