İraqın Azərbaycandan dronlarla bombalanması haqqında məlumatlar yalandır
Bakı/24.08.19/Turan: İsrail dronlarının Azərbaycan ərazisindən İraqdakı hədəflərə hücum etməsi haqqında iddialar yalan məlumatdır, bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirib.
İki gün əvvəl Əbu Mahdi əl-Muhandis - Əsəd rejiminin nəzarəti altında olan əl-Haşdaş-Şaabi qruplaşmasının komandir müavini bu iddia ilə çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan ərazisindən guya oraya Amerikalılar tərəfindən yerləşdirilmiş dörd İsrail pilotsuz uçan aparatı İraqı bombalayır. Muhandis həmçinin iddia edirdi ki, İraq tərəfində Azərbaycanda yerləşən pilotsuz uçan aparatların uçuşları, enişləri və əməliyyatları haqqında bütün məlumatlar var.
Amma o, Azərbaycandan dronların İran ərazisindən keçərək İraqa qədər necə uça biləcəyini izah etməyib.
Öz növbəsində, İsrail etiraf edib ki, bu ölkənin qüvvələri İraqda İranyönlü hərbi qruplaşmaların bazalarına bir neçə hücum həyata keçirib.
Haşd aş-Şaabi koalisiyasına gəlincə, bu, İraq hökuməti tərəfində mübarizə aparan birləşmiş 40 şiə, yezid və xristian dəstəsidir.
Koalisiyaya İraq hökuməti və İran İslam İnqilabı Keşikçiləri Korpusu sponsorluq edir.
Əbu Mahdi əl-Muhandis özü ABŞ-da terrorçu kimi tanınıb. -02D-
Siyasət
-
Dekabrın 23-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik göndərib. Məktubda deyilir:
-
ABŞ səfirliyi bu ölkəni yenidən qeyri-diplomatik ifadələrdən istifadə edərək antiazərbaycan siyasətində ittiham edən "Həftə" proqramının müəllifinə cavab verib.
-
23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandar Vuçiç ilə görüşüb.
-
Dekabrın 23-də Belqradda Azərbaycan və Serbiya Xarici İşlər Nazirlikləri rəhbərlərinin görüşü olub. Yekun mətbuat konfransında Serbiyanın xarici işlər naziri Marko Curiç bildirib ki, tərəflər turizmin inkişafını müzakirə ediblər. "Biz birbaşa aviareyslərin açılması, iqtisadi inkişaf və energetika üzrə işi gücləndiririk", - Curiç deyib.
Rəy yaz