Açiq mənbələrdən foto.
Laçın yolunda aksiya, 22-ci gün
Bakı/02.01.23/Turan: Laçın-Xankəndı yolunda, Şuşa şəhəri yaxınlığındakı keçid məntəqəsində vətəndaş fəallarının aksiyasının 22 gündür davam edir.
Onlarla fəal 20 ildir erməni separatçıları tərəfindən qanunsuz istismar edilən Qızılbulaq və Dəmirli qızıl mədənlərinə girişi tələb edir.
Son iki gündə Rusiya sülhməramlılarının maşınları hər iki istiqamətdə sərbəst şəkildə hərəkət edib. Heç bir insident qeydə alınmayıb.
Erməni tərəfi hələ yoldan istifadə etnəkdən imtina edir. Buna səbəb - azərbaycanlıların nəqliyyat vasitələrini yoxlamasını əsas gətirirlər.
Rəsmi Bakı erməni separatçılarının beynəlxalq ekspertlərin və ekoloqların iştirakı ilə yuxarida adları çəkilən mədənlərin monitoring etmək təklifinə məhəl qoymayıb.
Ermənistan tərəfinin beynəlxalq səviyyədə, o cümlədən BMT Təhlükəsizlik Şurasında Bakıya təzyiq göstərmək cəhdləri də baş tutmayıb. -02B-
-
- Cəmiyyət
- 2 Yanvar 2023 16:36
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz