Сергей Лавров.
Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə səhər yeməyi yeyib
Moskva/21.07.20/Turan: İyulun 21-də Rusiya XİN-in malikanəsində RF xarici işlər naziri S.V.Lavrovun Azərbaycan və Ermənistanın Moskvadakı səfirləri P.Bülbüloğlu və V.S.Toqanyan ilə işçi səhər yeməyi olub. Bu barədə RF XİN mətbuat xidmətinin məlumatında deyilir.
“Görüş zamanı Zaqafqaziyada təhlükəsizliyin təminatı məsələləri, Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin sabitləşməsi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərin artırılması perspektivləri müzakirə olunub”, - məlumatda bildirilir. -02D-
Siyasət
-
2024-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib.
-
Dünən Rusiya İctimai Palatasının üzvü, politoloq Vladimir Karasev sosial şəbəkədəki səhifəsində Azərbaycan prezidenti İlham Əliyevin ünvanına küçə söyüşlərindən istifadə edib. Bu, Əliyevin AZAL-ın vurulan təyyarəsinə görə təqsiri Rusiyanın üzərinə qoymasından sonra baş verib. Karasev hesab edir ki, Əliyev Rusiya hakimiyyəti ilə bu tonda danışa bilməz.
-
Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan fəal Rail Abbasovun işi üzrə proses başa çatıb.
-
Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi Toplum TV-nin işi üzrə həbs edilmiş jurnalist Müşfiq Cabbarın həbs müddətinin uzadılmasından verdiyi şikayəti təmin etməyib.
Rəy yaz