
Prezident İlham Əliyev.
Bakı/21.07.20/Turan: Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün bir nömrəli vəzifədir. Azərbaycan Dağlıq Qarabağın və bütün başqa ərazilərin tamamilə işğaldan azad edilməsinə nail olacaq. Bu barədə prezident İlham Əliyev çərşənbə axşamı bildirib.
“Bizim üçün 1 nömrəli məsələ Qarabağ münaqişəsinin həllidir. Bu, elə həll olunmalıdır ki, xalqımızı tamamilə qane etsin. Bizə qismən qərarlar lazım deyil”, - İ.Əliyev şəhid ailələri və Qarabağ müharibəsi əlilləri qarşısında çıxış edərkən bildirib.
“Azərbaycanlılar öz tarixi ərazilərinə, əsasən Şuşaya qayıtmalıdırlar”, - İ.Əliyev vurğulayıb. -02D-
Rəy yaz