Məzahir Pənahov Qarabağ ermənilərini seçkilərə çağırır
Bakı/06.02.20/Turan: Azərbaycan vətəndaşları olan Qarabağ erməniləri 9 fevral parlament seçkilərində iştirak edə bilər. Bu bəyanatla Azərbaycan MSK-nın rəhbəri Məzahir Pənahov fevralın 5-də MSK-nın iclasında çıxış edib.
Onun sözlərinə görə, MSK Qarabağ ermənilərinin öz iradələrini azad ifadə etmələri üçün hər cür şərait yaratmağa hazırdır.
Eyni zamanda M.Pənahov Qarabağ ermənilərinin bunu etmək istədikləri halda necə və harada səs verə biləcəklərini konkretləşdirməyib.
MSK rəhbərinin açıqlamasını şərh edən hüquq sahəsində ekspert Ələsgər Məmmədli deyib ki, bu, praktik olaraq mümkün deyil.
İşğal olunmuş torpaqlar hüquqi baxımdan Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləridir. Lakin bu ərazilərin sakinləri işğalçı rejimin idarəçiliyi altındadır və onların seçkilərdə iştirakına əsas ola biləcək Azərbaycan vətəndaşlığını təsdiqləyən sənədləri yoxdur.
Bundan əlavə, onların bunu etmək istədikləri halda səs verə bilmələri üçün seçki məntəqələri yoxdur. 02/06D--
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz