
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) rəhbəri Cəmil Həsənli MŞ-nin siyasi partiyaya çevrilməsi haqqında ona istinad edilən sözləri təkzib edir.
DQMŞ-nin mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin Turan-a verdiyi məlumata görə, Həsənlinin publika.az saytı tərəfindən dərc edilmiş müsahibəsində DQMŞ-nin siyasi partiyaya çevrilməsi haqqında sözlər yanlış yazılıb.
“Cəmil Həsənli belə söz deməyib və DQMŞ-də qurumun siyasi partiyaya çevrilməsi haqqında heç bir müzakirə aparılmır”, deyə Gülalıyev qeyd edib. -06B-
Rəy yaz