Miyatovic Tofiq Yaqublunun dərhal buraxılmasını tələb edir
Strasburq / 26.03.20 / Turan: Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç, Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun dərhal azad edilməsini tələb edir.
“Tofiq Yaqublunun şübhəli ittihamlarla saxlanılması və həbsi hökumət tənqidçilərinin təqib etməsinin davamının daha bir nümunəsidir.
Azərbaycan hakimiyyəti ittihamları ləğv etməli, onun dərhal azad edilməsini təmin etməli və sağlamlığının təhlükə altına qalmaması üçün tədbirlər görməlidir "- deyə o, Twitterdəki səhifəsində yazıb. -02D
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlib.
-
Azərbaycan vətəndaşı Fərid Səfərli İran həbsxanasından azad edilərək ölkəsinə qaytarılıb.
-
Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “III Respublika Platforması”nın (ResPlatforma) spikeri Akif Qurbanov ailəsinə məxsus əmlaka həbs qoyulması ilə bağlı açıqlama yayıb. Açıqlama Qurbanova məxsus olduğu bildirilən facebook səhifəsində dərc edilib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov həbs cəzası çəkdiyi 7 saylı penitensiar müəssisədə aclıq elan edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir. Aclığa səbəb Əhmədovun karserə salınmasıdır.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 00:12
- 486
Rəy yaz