
Açiq mənbələrdən foto.
Müdafiə Nazirliyi İkinci Qarabağ Müharibəsində həlak olanların və itkin düşənlərin siyahısını yeniləyib
Bakı/02.03.21/Turan: Martın 2-də Azərbaycan Müdafiə Nazirliyi İkinci Qarabağ Müharibəsi zamanı həlak olan və itkin düşən hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.
Dəfn edilən 2881, habelə itkin düşmüş 28 hərbi qulluqçunun fotoları və şəxsi məlumatları Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
İtkin düşən hərbçilərin axtarışı və identifikasiyası üzrə işlər davam etdirilir, məlumatda bildirilir.02D
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı-0-
Rəy yaz