Açiq mənbələrdən foto.
İranlı din xadimləri Azərbaycanı dəstəkləyiblər
Bakı/02.03.21/Turan: İslam mədrəsələrinin nümayəndələri – din xadimləri və tələbələr Azərbaycan Respublikası xalqını dəstəklədiklərini və müdafiə etdiklərini bildiriblər. Bu barədə Qumda Qarabağla bağlı keçirilən Beynəlxalq Konfransın bəyanatında deyilir.
"Beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycan Respublikasına məxsusdur və islam ərazisinin ayrılmaz hissəsidir", - konfransın yekun bəyanatında bildirilir.
Bölgədə təhlükəsizlik və sülh məsələsi müttəfiq ölkələrin səyləri ilə, xarici qüvvələrin müdaxiləsi olmadan həll olunmalıdır. Beynəlxalq təşkilatların "işğalçı tərəfi Azərbaycan Respublikasının suverenliyini tanımağa və işğala son qoymağa məcbur etmək" üçün təzyiq göstərəcəyi gözlənilir, - bəyanatda deyilir.
İran agentliyinin məlumatına görə, konfransda Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Belarusdan din və elm xadimləri iştirak ediblər. -02D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz