Açiq mənbələrdən foto.
Müharibədə həlak olan dinc vətəndaşlara şəhid statusu, onların ailələrinə isə yardım və pensiyalar veriləcək
Bakı/05.12.20/Turan: İkinci Qarabağ Müharibəsində həlak olan 94 Azərbaycan vətəndaşına şəhid statusu veriləcək və onların sosial müdafiəsi təmin olunacaq, bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatında deyilir.
Belə ki, erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub. Ümumilikdə, 206 nəfərdən 196 nəfərinə Prezident təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib. -02D-
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz