![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2022/main/112100054324-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Parlament partiyalar haqqında qanun layihəsinin yenilənmiş variantını dərc edib
Bakı/21.11.22/Turan: Milli Məclisin saytında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yenilənmiş variantı dərc edilib. Müxalifətin tənqidinə səbəb olan bəzi müddəalar sənəddən çıxarılıb.
Belə ki, artıq "ən az 50 vətəndaş" partiya təsisçisi ola bilər (ilkin olaraq ən az 200 vətəndaş idi).
Eyni zamanda, ən az 20 il ərzində Azərbaycan ərazisində daimi yaşayan şəxslərin partiya təsisçisi ola biləcəyi haqqında tələb sənəddən çıxarılıb. Yeni redaksiyada bu haqda heç nə deyilmir.
Partiyanın dövlət qeydiyyatı üçün üzvlərinin sayı haqqında tələb 2 dəfə - beş min nəfərə qədər azaldılıb. Amma partiya üzvlərinin sayı 4500-dən aşağı enərsə, məhkəmə qərarı ilə partiya buraxıla bilər.
Dövlət qeydiyyatı olan partiyalara üzvlərinin sayını 5 min nəfərə çatdırmaq üçün 180 gün vaxt veriləcək. Əks halda müvafiq icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi) partiyanın ləğv edilməsi haqqında iddia ilə Apellyasiya Məhkəməsinə müraciət edəcək.
Eyni zamanda, ardıcıl olaraq iki dəfə seçkilərdə iştirak etməyən siyasi partiyaların ləğv edilməsi haqqında tələb sənəddən çıxarılıb.
Bir şəxsin bir və ya bir neçə partiyaya etdiyi ianələrin yuxarı həddinin müəyyən edilməsi qaydası dəyişib. Bu göstərici 35 minimum əmək haqqı ölçüsündə müəyyən edilib. Bu gün bu, 10,5 min manat təşkil edir.
İlkin redaksiyada ianələrin yuxarı həddi 10 min manat məbləğində müəyyən edilmişdi.
Seçkilərdə iştirak etmiş, amma parlamentə düşməmiş siyasi partiyaların maliyyələşdirilməsi də yenilikdir. Dövlət büdcəsindən maliyyələşmə üçün ayrılmış məbləğin 2,5%-i bu partiyalara ayrılacaq.
Üzvlük haqları və partiyalara ianələr vergilərdən azad olacaq.
Bununla belə, qanun layihəsində dövlət qeydiyyatı olmayan siyasi partiyaların fəaliyyətinin yolverilməz olması haqqında norma saxlanılıb. 06В
-
- Maliyyə
- 21 Noyabr 2022 13:11
-
- İqtisadiyyat
- 21 Noyabr 2022 13:25
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz