
Paşinyan Əliyevi erməni məhbusları azad etməyə inandıra bilmədi
Bakı / 11.01.21 / Turan: Ermənistanın Baş naziri Nikol Paşinyan, erməni əsirlərini azad etmək mümkün olmadığından Moskva görüşünün nəticələrindən məyus olduğunu gizlətmir. Bunu o, üçtərəfli görüşün sonunda brifinq zamanı söylədi.
Onu məyus edən digər məsələ isə Dağlıq Qarabağın statusu oldu.
Paşinyan "Təəssüf ki, bu münaqişə hələ həll olunmayıb, hələ də bir çox sual var, bunlardan biri də Dağlıq Qarabağın statusudur. Ermənistan danışıqları ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində davam etdirməyə hazırdır" dedi.
Eyni zamanda regional əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının bərpasının sülhü yaxınlaşdıracağına və sabitliyi qoruyacağına ümid etdiyini bildirdi. -02B-
-
- Siyasət
- 11 Yanvar 2021 21:55
Siyasət
-
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Bakıdakı "Rus evi"nin ünvanına ittihamları "absurd" adlandırıb. Fevralın 6-da brifinqdə o deyib ki, Moskva “feykləri” dərc edən KİV-lərin təkzib verməsini gözləyir.
-
Fevralın 6-da hakim Faiq Qəniyevin sədrliyilə Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin onu Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə (böhtan) təqsirli bilərək 1500 manat cərimə edən Nəsimi Rayon Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.
-
Fevralın 6-da Azərbaycan və Avropa İttifaqı arasında readmissiya haqqında saziş çərçivəsində Almaniyadan 45 nəfər Azərbaycan vətəndaşı readmissiya edilib. Bu barədə fevralın 7-də Azərbaycan Dövlət Miqrasiya Xidməti bildirib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
Rəy yaz