Dmitry Peskov.

Dmitry Peskov.

Bakı/27.07.22/Turan: Avqustun 5-də Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşündə hərbi-texniki əməkdaşlıq mövzusu müzakirə olunacaq. Bu barədə çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın “Bayraktar” pilotsuz təyyarələrinə marağına dair məlumatları şərh edərkən bildirib.

"İki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəlikdədir və faktın özü onu göstərir ki, qarşılıqlı münasibətlərimizin bütün spektri çox yüksək səviyyədədir", - Peskov jurnalistlərə deyib.

Peskov əlavə edib ki, bu yaxınlarda Putin-ərdoğan əlaqələrində hərbi-texniki əməkdaşlıq mövzusuna toxunulub. “Odur ki, “Bayraktar” mövzusu Soçidə müzakirə olunacaq", - Peskov deyib. 0

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti