Polis şənbə mitinqinin təşkilatçılarına xəbərdarlıq edib
Bakı/22.09.17/Turan: Müxalifətin şənbə mitinqinin təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə çağırılıblar və onlara nümayişlə bağlı xəbərdarlıq edilib.
Paytaxt polisinin verdiyi məlumata görə, hüquq mühafizəçiləri qarşıdurma və iğtişaşlara gətirib çıxara biləcək əməllərin qarşısını alacaq, təşkilatçıları isə cəzalandıracaqlar.
Aksiyanın keçirilməsi haqqında meriyaya göndərilmiş bildirişdə qeyd edilməyən şüarların səsləndirilməsinə görə də eyni tədbirlər görüləcək.
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) təşkil etdiyi mitinq sentyabrın 23-də saat 15.00-dan 17.00-a qədər Yasamal rayonu stadionunda (əvvəlki adı "Məhsul") keçiriləcək. Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin verdiyi məlumata görə, aksiya "landromat" qalmaqalı ilə əlaqədar keçirilir. Söhbət OCCRP beynəlxalq jurnalist araşdırmaları şəbəkəsinin 2012-2014-cü illərdə Azərbaycandan çirkli pulların yuyulması və lobbiçilik fəaliyyətinə görə ödəniş məqsədilə 2,9 mlrd. dollar çıxarılmasından gedir. DQMŞ Baş Prokurorluqdan bu faktların araşdırılmasını tələb edir. -06D-
-
- İqtisadiyyat
- 22 Sentyabr 2017 15:34
-
- Siyasət
- 22 Sentyabr 2017 16:38
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz