Prezident İlham Əliyev
Prezident İlham Əliyev: “Qarabağın statusu olmayacaq, Paşinyanla görüşə hazıram”
Bakı/02.10.21/Turan: "Mən Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram”, - Azərbaycan prezidenti İlham Əliyev şənbə günü İspaniyanın EFE agentliyinə müsahibəsində bildirib. O, Azərbaycan rəhbərliyilə görüşə hazır olmaqla bağlı Yerevandan səslənən bəyanatları belə şərh edib.
Qarabağın gələcəyi barədə suala və bu regionun statusunu müəyyənləşdirməyin lazım olması barədə bəyanatlara cavab verən Əliyev bu məsələnin qapandığını bildirib: “Qarabağın statusu məsələsinə qayıtmaq mümkün deyil. Status yoxdur və hər kəs bu məsələni unutmalıdır”. Qarabağda yaşayan 25 minə yaxın etnik erməniyə gəlincə, onlar Azərbaycan vətəndaşlarıdır və onların hüquqlarına təminat verilir.
Əliyevin sözlərinə görə, Ermənistan öz "xoş niyyət”ini nümayiş etdirməlidir, o zaman Azərbaycanın reaksiyası da adekvat olacaq. Lakin Ermənistan hələ də sülh təşəbbüslərinə müsbət cavab verməyib. Yerevan sərhədlərin delimitasiyası ilə bağlı Avropa İttifaqının təklifinə də cavab verməyib.-02D-
-
- Siyasət
- 2 Oktyabr 2021 11:37
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz