Açiq mənbələrdən foto.
Putin və Əliyev Qarabağa dair üçtərəfli sazişlərin reallaşmasını müzakirə ediblər
Bakı/03.09.2/Turan: Sentyabrın 3-də Vladimir Putinlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin telefon danışığı olub, Kremlin məlumatında deyilir.
“Cənubi Qafqazdakı mövcud vəziyyət ətraflı müzakirə edilib. Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin qurulması üzrə əlaqələndirilmiş səylərin vacibliyi qeyd olunub.
Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi niyyəti təsdiqlənib.
Prezident İlham Əliyev avqustun 31-də Brüsseldə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirdiyi görüş barədə məlumat verib.
Həmçinin ikitərəfli gündəlikdəki, o cümlədən ticarət-iqtisadi, energetika və humanitar sahələrdə bəzi praktiki məsələlərə toxunulub”, - məlumatda bildirilir. 0
-
- Siyasət
- 3 Sentyabr 2022 14:55
-
- Sual-cavab
- 3 Sentyabr 2022 15:12
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz