Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/11.10.21/Turan: Rusiya kontingentinin rəhbərliyi oktyabrın 9-da Madagiz kənd sakininin tərəflərin təmas xətti yaxınlığında kənd təsərrüfatı işləri həyata keçirərkən Azərbaycan tərəfdən açılan atəş nəticəsində ölümcül yaralanması hadisəsini tədqiq edir. Bu barədə Qarabağdakı Rusiya sülhməramlılarının informasiya bülletenində deyilir. Araşdırmaya hər iki tərəfin nümayəndələri cəlb edilib, deyə məlumatda bildirilir.

Bir müddət əvvəl Azərbaycan Müdafiə Nazirliyi bu hadisə ilə heç bir əlaqəsi olmadığını bəyan edib.

Qeyd edək ki, Suqovuşan (Madagiz) kəndi bir ildir Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır və orada erməni yoxdur. -02D-

 

Rəy yaz

Siyasət

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti