Rusiya və Azərbaycan alimləri əməkdaşlığı möhkəmləndirəcəklər

Bakı/21.05.19/Turan: Çərşənbə axşamı dövlət başçısı İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevi qəbul edib.

Rəsmi məlumata əsasən, Aleksandr Sergeyev deyib ki, səfərinin səbəbi Azərbaycanla SSRİ-nin dağılması ilə əlaqədar qırılan elmi əlaqələri bərpa etmək istəyidir.

İlham Əliyev bu səyləri alqışlayıb, habelə son illər Rusiya alimlərinin əldə etdiyi nailiyyətləri qeyd edib.

Tərəflər gələcək əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıblar. -02D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti