Lee Lizenberger
Səfir Litzenberger: “ABŞ şirkətləri müvafiq şəraitin olduğu yerlərə investisiya qoyacaqlar”
Bakı/23.11.21/Turan: ABŞ məcburi köçkünlərin öz doğma yerlərinə qayıtması üçün səylərin dəstəklənməsi üzrə tədbirləri davam etdirir. Buraya ərazilərin minalardan təmizlənməsi üzrə addımlar, kənd təsərrüfatının inkişafına dair layihələr və sair daxildir. 1992-ci ildən Amerika məcburi köçkünlərin dəstəklənməsi üçün 125 milyon dollar ayırıb və bu yardım davam etdiriləcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger noyabrın 22-də keçirilən brifinqdə bildirib.
Amerikanın bir sıra şirkətləri minalardan təmizləmə prosesini sürətləndirilməsi üçün böyük təcrübəyə və xüsusi texnikaya, həmçinin avadanlığa malikdir. Hazırda onların minalardan təmizləmə prosesinə cəlb edilməsi üçün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə danışıqlar aparılır, səfir qeyd edib.
Amerika şirkətlərinin Azərbaycanda iqtisadi layihələrdə iştirakının mümkünlüyündən danışan diplomat qeyd edib ki, ABŞ şirkətləri müasir texnologiya və avadanlıqların bütün növlərinə malikdirlər. Onlar azad edilmiş ərazilərin bərpasında iştirak da daxil olmaqla, müxtəlif sahələrə investisiya qoymağa hazırdırlar. "Onlar müvafiq şəraitin, ilk növbədə açıq tenderlərin olduğu yerlərə investisiya qoymağa hazırdırlar", - səfir vurğulayıb. -02В-
-
- Analitika
- 23 Noyabr 2021 08:46
Siyasət
-
Azərbaycan, Ukrayna üzərindən Rusiya qazının tranzitinin dayandırılmasından sonra təbii qaz bazarında artan çətinliklər fonunda Avropa üçün əsas enerji tərəfdaşı kimi öz mövqeyini gücləndirir. On il davam edən tranzit marşrutunun sonunu göstərən bu kəsinti, qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarında rəqabəti artıracağı və alternativ enerji mənbələrinin qiymətlərini yüksəldəcəyi gözlənilir.
-
Həbsdə olan bloger Rəşad Ramazanov 15 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin ağır olmasından danışıb. Bu barədə Turan agentliyinə koloniyadan zəng edərək özü məlumat verib.
-
ABŞ Helsinki Komissiyasının həmsədri, konqresmen Co Uilson Tehran rejiminin nümayəndələrinin Azərbaycan və Türkiyəyə qarşı təhdidlərini pisləyib.
-
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-də reallaşacaq. Bu, mövsümün 17-ci Qran-prisi olacaq.
Rəy yaz