Açiq mənbələrdən foto.
Separatçılar sentyabrın 8-də yeni "prezident" seçmək niyyətindədirlər
Bakı/05.09.23/Turan: Qarabağ "parlamentinin" fraksiyaları vahid namizəd barədə razılıq əldə edə bilməsələr, sentyabrın 7-də boş qalan "prezident" vəzifəsinə namizədlərini irəli sürməlidirlər. Ermənistan KİV-lərinin yaydığı məlumata görə, seçkilər sentyabrın 8-də keçiriləcək.
Namizəd qələbə qazanmaq üçün "deputatların" səsinin 2/3-sini yığmalıdır.
Separatçıların yeni lideri vəzifəsinə namizədlər arasında bir neçə nəfərin adı var. Bunlar hazırkı "baş nazir" Samvel Şahramanyan ("eks-prezident" Bako Saakyanın yaxın adamı), David İşxanyan - "parlamentin spikeri"; Samvel Babayan - Qarabağ qüvvələrinin keçmiş komandanı və Moskvalı biznesmen Ruben Vardanyan var. 02В
-
- Sual-cavab
- 5 Sentyabr 2023 12:30
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz