Serj Sarkisyan İlham Əliyevin fikirlərini təkzib edib
Ermənistan rəhbəri Serj Sarkisyan Haaqada nüvə təhlükəsizliyi sammitindəki çıxışı zamanı Metsamor AES-in ekologiyaya təhlükə olması barədə prezident İlham Əliyevin fikirlərini şərh edib.
“Qeyd etmək istərdim ki, biz Ermənistan AES-in təhlükəsizlyinin təminatı məsələsində Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx əməkdaşlıq edirik və agentliyin 640 saylı texniki sənədi ilə müəyyən olunmuş tələblərə ardıcıl əməl edirik. MAQATE tərəfindən OCAPT missiyasının nəticələri bunu təsdiqləyir”, - o bildirib.
“Radioaktiv tullantılarla bağlı problemlərin olması barədə şayiələrə gəlincə, bu cür yalanlar ilk növbədə beynəlxalq qurumlara inamsızlıq deməkdir. Çünki biz öz proqramlarımızı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə koordinaiya edirik”, - S.Sarkisyan vurğulayıb.
Xatırladaq ki, sammitdə prezident İ.Əliyev bildirib ki, Ermənistan AES region üçün təhlükədir, çünki onun avadanlğı və texnologiyası köhnəlib. AES-in radioaktiv tullantıları Dağlıq Qarabağ ərazisini zəhərləyir. -02В-
-
- Cəmiyyət
- 26 Mart 2014 15:36
Siyasət
-
Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
-
Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti iclas gərgin atmosferdə keçib.
-
Cənubi Kaliforniyada yanvarın 7-də başlamış yanğını lokallaşdırmaq mümkün olmayıb. ABŞ prezidenti Co Bayden genişmiqyaslı təbii fəlakət rejiminin tətbiq edildiyini açıqlayıb.
Rəy yaz