Ştefan Şennak AŞPA-nın media azadlığı üzrə yeni məruzəçisidir
Strasburq/28.01.20/Turan: Yanvarın 28-də avstriyalı deputat Ştefan Şennak Avropa Şurası Parlament Assambleyasının (AŞPA) media və jurnalistlərin azadlığı üzrə yeni məruzəçisi seçilib.
“Söz azadlığı uğrunda əziyyət çəkənlər çoxdur. Mən həmin insanlara kömək etmək üçün hər şeyi edəcəyəm”, - Ş.Şennak Tvitterdəki mikrobloqunda yazıb.
Qeyd edək ki, Ş.Şennak bir neçə ildir ki, AŞPA-nın Azərbaycan üzrə məruzəçisidir. O, demokratik baxışları ilə fərqlənir, Azərbaycanda insan hüquqları və demokratiyanın pozulması məsələlərində obyektiv mövqe tutur.0-
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz