Stoltenberq: “NATO Ukrayna və Gürcüstanı qəbul edəcək”
Bakı/14.01.22/Turan: Şimali Atlantika Alyansı Ukrayna və Gürcüstanın üzvlüyü barədə qərar qəbul edib. Rusiya Federasiyasının bu məsələyə qarışmağa haqqı yoxdur. Bunu NATO-nun baş katibi Yens Stoltenberq La Repubblica qəzetinə müsahibəsində bildirib.
"Ukrayna üzvlük üçün ərizə verib və biz onun islahatlarını dəstəkləyərək, silahlı qüvvələrin bizim standartlara uyğun modernləşdirilməsinə yardım edərək bunun üzərində işləməyə qərar verdik.
2008-ci ildə qərara aldıq ki, Ukrayna və Gürcüstan NATO-ya üzv olacaqlar, amma biz bunun məhz nə vaxt baş verəcəyini müəyyənləşdirməmişik", - Alyansın baş katibi bildirib.
Bununla yanaşı, o qeyd edib ki, NATO-ya daxil olub-olmayacağına yalnız Ukrayna özü qərar verə bilər, Moskvanın isə bu məsələyə müdaxilə etməyə haqqı yoxdur.
"Hazırda islahatlar gündəliyində Ukraynaya yardım durur. Təkrar edirəm: indi məsələ Rusiyanın təcavüzüdür . Onlar Ukraynanın bir hissəsini - Krımı işğal ediblər, separatçıların dəstəyilə Donbasa nəzarət edirlər, sonra isə bizi milli suverenliyi pozan hüquqi qüvvəyə malik müqaviləni qəbul etməyə məcbur etmək istəyirlər”, - NATO-nun baş katibi fikrini yekunlaşdırıb.-02D-
-
- Cəmiyyət
- 14 Yanvar 2022 13:45
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
USAİD-ə qarşı iddiaların əsası varmı? - Natiq Cəfərli Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:09
- 151
Rəy yaz