Toivo Klaar
Toyvo Klaar Ukraynaya humanitar yardımı üçün Azərbaycana təşəkkür edib
Bakı/28.02.22/Turan: Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ukraynaya humanitar yardımı üçün Azərbaycana təşəkkür edib.
O, Twitter-dəki mikrobloqunda Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycanın dərman və təcili yardım avtomobilləri üçün yanacaq şəklində humanitar yardım göstərdiyi haqqında məlumatını paylaşıb və retvitinə "Ukraynaya dəstəyi üçün Azərbaycana təşəkkür edirəm" şərhini əlavə edib. -06В-
Siyasət
-
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında gözlənilməz bir açıqlama verərək, Azərbaycanla strateji sazişin imzalanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iki ölkənin gələcəkdə dinc yanaşı mövcudluğu növbəti yüz il ərzində təmin edilməlidir və bu məsələnin həlli hər iki tərəf üçün ən əsas və fundamental məsələdir.
-
BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransının (COP29) 29-cu sessiyasında açıqlanan yeni iqlim proqramlarının maliyyələşdirilməsi üzrə razılaşma layihəsi, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq və iqlim müdafiəsi tədbirləri üçün illik ən azı 1,3 trilyon dollar (1,23 trilyon avro) ayrılmasını təklif edir. Çərşənbə günü açıqlanan 34 səhifəlik sənəd, inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alaraq hazırlanıb, lakin bəzi mübahisəli məsələlər hələ də həll edilməyib, AFP bildirir.
-
Noyabrın 13-də Beynəlxalq Qırmızı Xaç və Əfqanıstan Taliban Hərəkatının nümayəndələri COP29 konfransı çərçivəsində Bakıda danışıqlar aparıblar.
-
Həbsdə olan ictimai fəal, birinci qrup əlil Famil Xəlilovun xanımı Kiçikxanım Xəlilova noyabrın 13-də COP29 konfransı zamanı izlənməyə məruz qalıb.
Rəy yaz