Açiq mənbələrdən foto.
Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana uçuş zamanı hansı sənədlər təqdim edilməlidir?
Bakı/17.02.21/Turan: Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana hava yolu ilə səfər edərkən tələb olunan sənədlərin siyahısını açıqlayıb.
Belə ki, Rusiya, Ukrayna və Türkiyəyə gedən şəxslərdən uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi tələb olunur.
Rusiyaya səfər üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır.
Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur. Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidirlər.
Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidirlər.
Quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən səfirliklərinə (konsulluqlarına) müraciət etməlidirlər. -06D-
-
- Aktual Reportaj
- 17 Fevral 2021 15:27
-
- Maliyyə
- 17 Fevral 2021 15:36
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz