![Ayxan Hacizade](https://turan.az/resized/750/500/resize/media/2023/main/091200066530.webp)
Ayxan Hacizade
Xarici İşlər Nazirliyi: Rusiya yükünün Xankəndinə keçməsi Ağdam yolunun açılması üçün mühüm addımdır
Bakı/12.09.23/Turan: Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətilə əlaqələndirilmiş şəkildə Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdam-Xankəndi yoluyla Xankəndinə keçidi təmin edilib.
“Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk”, - Hacızadə deyib.
Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəlincə, Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib.
"Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir”, - o qeyd edib.
“Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır”, - Hacızadə qeyd edib. 06D
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Somali dövlət başçısının Bakıya səfərinin iki ölkə arasında "sıx dostluq münasibətlərində yeni səhifə açacağına" əminliyini bildirib.
-
Rusiya Azərbaycan qazının Ukraynanın qaz-nəqliyyat sistemindən istifadə ilə Aİ-yə tədarükü mümkünlüyünü müzakirə etmir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. "Müzakirə olunmur", deyə o qeyd edib.
-
Fevralın 12-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı verilmiş şikayəti təmin etməyib, bu barədə onun vəkili Nemət Kərimli bildirib. Müdaifə tərəfi bu qərarı əsassız hesab edir, belə ki, Meydan TV-nin işi üzrə həbs edilmiş Deko barəsində istintaq hərəkətləri aparılmır.
-
"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda" İttifaq 357 nəfərdən ibarət yenilənmiş siyasi məhbuslar siyahısını dərc edib. 12 dekabr 2024-cü il tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 26 nəfər artıb.
Rəy yaz