
Khalaf Khalafov
Bakı/03.10.23/Turan: Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də axşam Tehrana səfərə gedir. Bu barədə NourNews portalı məlumat yayıb.
O, İran İslam Respublikasının yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirəcək, ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə edəcək.
Xələfovun İrana səfəri Ermənisanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın tehrana səfərindən sonra baş tutur. Qriqoryan İİR-in yüksək vəzifəli rəsmiləri, o cümlədən XİN başçısı Hüseyn Əmir Abdullahiyan və ölkə prezidenti İbrahim Rəisi ilə görüşlər keçirib. 06B
Rəy yaz