XİN Cenevrə görüşünü ‘ən intensiv müzakirələrin aparıldığı görüş’ adlandırdı
Bakı/30.01.20/Turan: 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub.
Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub. Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda, Nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar.-0-
-
- Siyasət
- 30 Yanvar 2020 20:23
Siyasət
-
Bu həftə Tramp administrasiyası Türkiyə ilə yeni danışıqlara başlayıb, ikitərəfli və regional məsələlərə, o cümlədən Cənubi Qafqazdakı sülhə xüsusi diqqət yetirib, Turan-ın Vaşinqton müxbiri bildirib.
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rəy yaz