
Açiq mənbələrdən foto.
Zəlzələdən zərər çəkənlərə yardım toplanması Tbilisi prospektindəki idman kompleksində təşkil olunub
Bakı/08.02.23/Turan: Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkənlərə yardım üçün lazım olan əşyaların siyahısını açıqlayıb - böyüklər və uşaqlar üçün isti geyimlər, çadırlar, yorğanlar, isiticilər, fənərlər, termoslar, generatorlar, quru məhsullar, uşaq qidaları, uşaq bezləri, təmizlik və gigiyena məhsulları.
Yalnız yeni geyimlərin göndərilməsi xahiş olunur. Hazırda humanitar yardımın toplanması Heydər Əliyev adına İdman-Konsert Kompleksində- Bakı şəhəri, Tbilisi prospektində (Abbas Səhhət küçəsi, 2) təşkil olunub. 02D
Rəy yaz