Azərbaycanda dövlət idarəetməsinin səmərəliliyinin qiymətləndirilməsi
Təhlükəsizlik
-
1998-ci ildə humanitar minatəmizləmə fəaliyyətinə başlayan Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində erməni işğalında olan Qarabağ torpaqlarının böyük bir hissəsini azad etdikdən sonra daha böyük humanitar problemlə üz-üzə qaldı. Məhz bu səbəbdən15 yanvar 2021-ci ildə verilən Prezident fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradıldı.[1] Agentlik əvvəllər fəaliyyətdə olan 2 qurumun - Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin bazasında təşkil olundu.
-
25 dekabr 2024-cü ildə Azərbaycanın sərnişin təyyarəsinin Qroznı üzərində qəzaya uğraması Rusiyada böhranın idarə olunması ilə bağlı ciddi narahatlıq yaradaraq mühüm diqqət çəkdi. İnsayder məlumatlara çıxışı ilə tanınan “Baza” araşdırmaçı-nəşr bu yaxınlarda rusiyalı aviadispetçerlərlə təyyarənin talesiz ekipajı arasındakı söhbətlərin stenoqramını yayımlayıb.
-
Global Firepower (GFP) 2025 reytinqində Azərbaycan 145 ölkə arasında 60-cı yeri tutub və PowerIndex-i 1,2531-dir. Azərbaycan dünya miqyasında aparıcı hərbi güclərdən biri olmasa da, bu mövqe müdafiə qabiliyyətlərindəki əhəmiyyətli nailiyyətləri vurğulayır.
-
İşğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulması kiçik istisnalar nəzərə alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Rəy yaz