Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/11.06.20/Turan: İyunun 10-da Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə məruzəçiləri birgə bəyanatla çıxış edərək Ermənistan hakimiyyətinin Bakının razılığını almadan

Azərbaycanın işğal olunmuş əraziləri vasitəsilə Ermənistandan Dağlıq Qarabağa yeni yol çəkmək qərarını pisləyib.

Məruzəçilər Jelyana Zovko (Xorvatiya), Trayan Basesku və Marina Kalurandın bəyanatında deyilir ki, “ötən il elan edilmiş Ermənistanla Dağlıq Qarabağ arasında üçüncü avtomagistralın tikintisi tezliklə başlanmalıdır. Yeni yol infrastrukturu Ermənistanda Qafanı və Dağlıq Qarabağda Hadrutla birləşdirəcək. Bu, işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçəcək”, - bəyanatda vurğulanır.

Bu yolun tikintisi barədə qərar rəsmi Bakının razılığı olmadan və beynəlxalq hüququn pozulması ilə qəbul edilib. Eyni zamanda o, Dağlıq Qarabağın və ətraf rayonların işğalını rəmzi olaraq möhkəmləndirir, bəyanatda qeyd olunur.

Məruzəçilər birmənalı olaraq bu təşəbbüsü etimad və sülhün bərqərar olmasına şərait yaratmayan təşəbbüs kimi pisləyiblər.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyən Avropa parlamentariləri Ermənistan və Azərbaycan hakimiyyətlərini “Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində” danışıqlar prosesinə səmimi sadiqlik nümayiş etdirməyə çağırıblar.

Qeyd edək ki, indiyədək Azərbaycan hakimiyyəti Avropa Parlamentini sərt tənqid edərək “ermənipərəst” adlandırıb və Azərbaycana qarşı “düşmən” mövqedə olduğunu bildirib. Bundan əlavə, Azərbaycan ali rəhbərliyi Avropa Parlamentinin qəbul etdiyi bütün sənədləri və bəyanatları “heç bir əhəmiyyəti olmayan kağız parçaları”adlandırıb.

Maraqlıdır, Azərbaycan hakimiyyəti indi nə deyəcək? -02D-

 

Rəy yaz

Siyasət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti