Rəşad Abbaslı. Açiq mənbələrdən foto.
Əli İnsanovun köməkçisi 30 sutka həbs edilib
Bakı/07.09.20/Turan: Haqq və Ədalət Partiyası (HƏP) sədrinin köməkçisi Rəşad Abbaslı polisə tabe olmamaq ittihamı ilə 30 sutka müddətinə həbs edilib.
Bu qərarı bu gün Bakının Binəqədi Rayon Məhkəməsi qəbul edib. Bu barədə Turan-a HƏP İdarə Heyətinin üzvü Babək Adıgözəlov bildirib.
Onun sözlərinə görə, partiya fəallarından ibarət qrup R.Abbaslıya dəstək üçün məhkəməyə gəlib. Onlar fəalı alqışlarla qarşılayıblar. R.Abbaslı ruh yüksəkliyini saxlayır.
B.Adıgözəlov R.Abbaslının həbsini partiyanın fəaliyyəti ilə əlaqələndirib.
R.Abbaslı ötən şənbə günü HƏP lideri Əli İnsanovla görüşə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
Ə.İnsanov “Amerikanın səsi”nin Azərbaycan xidmətinə müsahibəsində R.Abbaslının saxlanılmasını bu partiyanın fəallaşması ilə əlaqələndirib.
O, R.Abbaslının saxlanılma qaydasını pisləyib, bunu “insan oğurluğu, qanunsuzluq” adlandırıb.
Onun fikrincə, R.Abbaslının həbsinin əsl səbəbi partiyanın fəaliyyəti, onun ölkə daxilində və xaricdəki tərəfdarları barədə məlumat almaqdır.—06D-
-
- Cəmiyyət
- 7 Sentyabr 2020 15:37
-
- İqtisadiyyat
- 7 Sentyabr 2020 15:50
Siyasət
-
Sosial Hüquqlar Mərkəzinin əməkdaşı Ayşən Muradova bu gün Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Muradova jurnalistlərə deyib ki, o, “Abzas Media” işi üzrə 2,5 saat ərzində şahid qismində dindirilib.
-
Türkiyə prezidenti Erdoğan Osmanlı İmperiyasında 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə ermənilərinin Patriarxı Saak Maşalyana məktub göndərib.
-
Aprelin 23-də Beynəlxalq Güləş İttifaqı (UWW) İntizam Palatasının şəxsində 2024-cü ilin mart ayında Bakıda Avropa təsnifatı çərçivəsində Frank Çamizo (İtaliya) və Turan Bayramov (Azərbaycan) arasında yarımfinal görüşü zamanı pozuntulara görə arbitrləri hakimlik hüququndan məhrum edib. Bu barədə UWW-nin press-relizində deyilir.
-
Mülki xəstəxanada müyinələrdən sonra həkimlər Qubad İbadoğluna müalicə ilə yanaşı, bir müddət sakit, qeyri-əsəbi mühitdə dincəlməyi tövsiyə ediblər.
Rəy yaz