İmran Əliyev polis bölməsindən buraxılıb /YENİLƏNİB/
Bakı/30.03.22/Turan: İctimai fəal, meclis.info platformasının təsisçisi İmran Əliyev 20 saat polis bölməsində saxlanıldıqdan sonra bu gün sərbəst buraxılıb. Bu barədə Turan-a vəkil Zibeydə Sadıqova bildirib.
Onun sözlərinə görə, Əliyev DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Vəkil Əliyevin saxlanılmasının səbəbləri haqqında məlumata malik deyildi. Əliyev özü hələlik bu barədə məlumat verməyib, onun mobil telefonu isə söndürülüb.
Meclis.info platforması Azərbaycan vətəndaşlarını ölkə parlamentinin fəaliyyəti, baxılan qanun layihələri, deputatların çıxışları və müsahibələri və s. haqqında məlumatlandırır. -03B06-
* * *
2022 Mart 29 (Çərşənbə axşamı) 23:16:25
İctimai fəal İmran Əliyevin yoxa çıxdığı bildirilir
Bakı/29.03.22/Turan: İctimai fəal, meclis.info platformasının təsisçisi İmran Əliyev yoxa çıxması bildirilir.
Fəalın yaxınları Turana bildirib ki, o, saat 14:00 radələrində yoxa çıxıb. "Dostlarla görüşməli idi, evdən çıxdı bundan sonra onunla əlaqə saxlamaq mümkün deyil. 8 saat keçməsinə baxmayaraq ondan bir məlumat yoxdur".
Onların sözlərinə görə, məsələ ilə bağlı "102" Xidmətinə müraciət olunub.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb. -0-
-
- Maliyyə
- 30 Mart 2022 12:24
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz