Johns Hopkins University Coronavirus Pandemic Map

Johns Hopkins University Coronavirus Pandemic Map

Bəşəriyyətin COVİD-19 koronavirus pandemiyasına qarşı mübarizəsi meydanının ön cəbhəsindən gələn son məlumatlar elan edilməmiş müharibənin əsas teatrının okeanın o biri tərəfinə - ABŞ-a keçdiyini göstərir - 560 min xəstə.

Pandemiyanın ən gec təsir göstərdiyi ştatlar bütün resurslarını 21-ci əsrin taununa qarşı mübarizəyə cəmləşdirib.

Böyük Britaniyada vəziyyət əvvəlki kimidir. Burada xəstəliyə yoluxanların və ölənlərin sayında artım yüksək olaraq qalır.

Koronavirus dəhşətini ilk hiss edən Avropa ölkələrində - İspaniyada, İtaliyada ölüm və yoluxma halları göstəriciləri azalmağa başlayır. Burada havanın temperaturu +18 +22 dərəcəyə qədər yüksəlib.

Pandemiyanın ilkin mənbəyi olan Çin, xəstəliyə tamamilə qalib gəlməsə də, ən azından bu gün onun cilovlanmasında bir nömrəli ölkə olmaqla, arxa plana keçib. Ölkədə vəziyyət sabitdir və ictimai-iqtisadi həyat özünə gəlməyə başlayır. Bu ölkədə havanın temperaturu +20 +28 dərəcə civarındadır.

Keçmiş SSRİ ölkələrində xəstəliyə yoluxma və ölüm halları ilə bağlı göstəricilər aşağıdır - bir neçə min və bir neçə yüz civarında. Fəsillərin dəyişməsi dövründə olan Rusiyada xeyli artım var, bu dövr virusların çoxalması üçün əlverişli vaxtdır. Burada təxminən 19 min nəfər xəstə var. Rusiyanın Avropa hissəsində koronavirus üçün əlverişli tempeatur var - +3 +12 dərəcə. Qarşıdan gələn 30 gün ən çətin günlərdir - Moskvada orta temperatur +9 dərəcə ətrafında olacaq.

İsti Afrika ölkələrini koronavirus müharibəsinin, demək olar ki, heç bir təsir göstərmədiyi ən xoşbəxt ölkələr adlandırmaq olar. Orada temperatur əsasən +30 dərəcədən yuxarıdır.

Məhz bu sonuncu temperatur amili pandemiyaya qarşı daha səmərəli mübarizə üçün ümid verir. Pandemiyanın şərtləri diktə etdiyi ölkələrdə isti havaların başlaması ilə koronavirusun yayılmasının xeyli azalacağını və onun neytrallaşdırılacağını gözləmək olar.

Con Hopkins Universitetinin dünya koronavirus pandemiyası xəritəsinin və Euronews-un yer üzündə hava xəritəsinin müqayisəsi havanın temperaturunun pandemiyanın yayılması dinamikası ilə əlaqəsi olduğu barədə nəticə çıxarmaq üçün ehtiyatlı əsaslar verir. Temperatur nə qədər yüksəkdirsə, xəstəlik o qədər azdır və əksinə.

Çin alimləri koronavirusun ən çox +5 +8,7 dərəcə temperaturda ötürüldüyünü və təxminən dörd dərəcəlik temperaturda iki həftə ərzində fəal qaldığını iddia edirlər.

+15 dərəcədə onun fəallığı azalır, +22 dərəcəlik temperaturda və 40-50% rütubətdə virus 5 günə qədər səthlərdə qalır. 38 dərəcəlik temperaturda və 95% rütubətdə COVİD-19 fəallığını tamamilə itirir.

COVİD-19 koronavirus orqanizmdə +37 dərəcədən yuxarı temperaturda ölür. Məhz bu səbəbdən həkimlər qızdırma +38 - +38,5 dərəcə arasında olduqda onu salmamağı məsləhət görür. Beləliklə, orqanizm virusa qarşı mübarizə aparır.

Avropada son günlər qeydə alınan yoluxma hallarının azalması qitənin Qərbi Avropa hissəsində temperaturun artması ilə üst-üstə düşür.

Bir çox hallarda virus +4 +10 dərəcə temperaturda fəal şəkildə yayılıb. Yayılmanın azalması isə havanın temperaturunun artması ilə üst-üstə düşür. Bunu İspaniya, İtaliya və digər ölkələrdə müşahidə edə bilirik.

Əlbəttə, koronavirusa qarşı başlamış mübarizə epopeyasını və vətəndaşların yerdəyişməsindəki məhdudiyyətlər başda olmaqla, görülmüş tədbirlər kompleksini nəzərə almaq lazımdır.

Təkcə Çindəki, İspaniyadakı, İtaliyadakı nəticələr deyil, ABŞ prezidenti Trampın nikbin təxmini də bədbinliyin nikbinliklə əvəz olunduğunu göstərir. Tramp artıq yaxın gələcəkdə pandemiyaya qarşı mübarizənin uğurlu nəticə verəcəyini istisna etmir. Buna qədər Tramp ABŞ-da koronavirusdan milyonlarla insanın vəfat edə biləcəyini deyirdi.

Alimlər keçmiş SSRİ-də pandemiya səviyyəsinin aşağı olmasını 80 il ərzində icbari vərəm peyvəndinin tətbiqi ilə əlaqələndirirlər. Qərbdə və dünyanın əksər ölkələrində bu icbari təcrübə yox idi. Yalnız Britaniya son zamanlar körpələrə vərəm peyvəndi vurmağa başlamışdı. Amma isti Afrika, Cənub-Şərqi Asiya ölkələrində, Hindistanda bu vaksinlər vurulmayıb, burada da aşağı pandemiya səviyyəsi qeydə alınır, xüsusən də isti Afrikada. Bu da dolayı yolla temperatur amilinin mühüm olduğunu göstərir.

Yuxarıda qeyd edilən dəlillərdən irəli gələrək, havanın temperaturu yüksəldikcə koronavirusun yayılmasının xeyli azalacağını və yayda onun konservativ xarakter alacağını gözləmək olar.

Amma bu, yalnız peyvənd tətbiqi üçün zaman qazanmaq dövrüdür. Müxtəlif ölkələrdə peyvənd üzərində iş gedir. Peyvənd olmasa, qışa doğru pandemiya yenidən özünü genişmiqyaslı şəkildə göstərə bilər.

Con Hopkins Universitetinin dünya koronavirus pandemiyası xəritəsinin və Euronews-un 12 aprel 2020-ci il yer üzündə hava xəritəsinin müqayisəsi

Afrika

Şimali Amerika

Cənubi Amerika

Cənub-Şərqi Asiya

Avropa

Yaxın Şərq

Avstraliya

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti