Foto: kaninstudio, depositphotos.com
Faktiki olaraq, hakimiyyət-mətbuat münasibətləri məntiqinə baxsaq, əksər hallarda hakimiyyətin cinayətlərin üstünün açılmasına maraq göstərmədiyini və faktiki olaraq istintaqı məntiqi yekununa çatdırmadığını görürük.
Məsələn, bütün növ cinayətlərin 90%-dən çoxunun üstü açılan Azərbaycanda jurnalistlərlə bağlı hadisələrdə bu göstərici ənənəvi olaraq bir neçə faiz həddində olub ki, bu da jurnalistlərə qarşı zorakılıqda siyasi qərəzliliyin və ya bu zorakılığın təşviqinin göstəricisidir.
Son dörd ayda ATƏT regionunda beş jurnalist: Danimarkada Kim Uolla, Türkiyədə Orouba ve Halla Barakat, Maltada Dafna Karuana Qalitsiya, Slovakiyada Yan Kutsyaka. Yalnız sonuncu jurnalistin qətlinin araşdırılması bütün Slovakiyada son 30 ilin ən güclü kütləvi etirazlarından sonra ümidverici nəticələrə gətirib çıxarıb. Amma, belə ictimai təzyiq altında belə, bu işlə bağlı mətbuatda dərc edilən materialların araşdırılması göstərir ki, bu ölkədə yüksək vəzifəli məmurlar Kutsyakın qətli ilə bağlı həqiqətin müəyyən edilməsi, o cümlədən onun Slovakiya siyasətçilərinin İtaliya mafiyası ilə əlaqələri haqqında araşdırmasının tədqiq edilməsi üçün xüsusi səy göstərməyiblər.
Çox vaxt "hökumət-cinayət" əlaqəsi araşdıran jurnalistlər öldürülür. Slovakiyada, Macarıstanda, Çexiyada, Maltada və Avropanın bir çox digər ölkələrində bu əlaqə güclüdür və möhkəmlənməyə davam edir, 2018-ci ilin payızında belə deyə Dezir qeyd edib ki, ATƏT üzvü olan dövlətlər söz azadlığının müdafiəsi və jurnalistlərin təhlükəsizliyi üçün səylərini fəallaşdırmalıdırlar.
Təcrübə göstərir ki, hakimiyyət jurnalistlərin həbsi və təqibi üçün terrorizmin dəstəklənməsindən başlayaraq xuliqanlığa qədər ən müxtəlif ittihamlardan istifadə edir.
Beynəlxalq hüquq müdafiə qurumlarının məlumatlarına görə, bu gün ATƏT regionunda, əsasən keçid demokratiyası olan ölkələrdə 170-ə yaxın jurnalist həbsdədir.
Hazırda jurnalistlərin müdafiəsi üzrə müxtəlif təşəbbüslər dəyərləndirilir. Məsələn, Aİ jurnalistlərin qətllərinin araşdırılmasına nəzarət üzrə xüsusi komissiyalar haqqında qanun hazırlayır. ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi isə milli səviyyədə jurnalistlərin müdafiəsi üzrə rəsmi şəxslərin, hüquq mühafizəçilərinin və jurnalist təşkilatlarının nümayəndələrinin daxil olacağı bənzər komitələr yaratmağı təklif edir. Bu komitəyə jurnalistlərə qarşı zorakılıq təhdidləri və zorakılıq faktları haqqında məlumatlar sıza bilərdi. Bu komitələrdə təmsil olunan tərəflərin birgə səyləri bu cür təhdidləri minimuma endirməyə imkan verərdə, Dezir belə hesab edir.
Bu cür təşəbbüslər, əlbəttə ki, jurnalistlərə qarşı cinayətlərin artmasının qarşısını alardı, amma Azərbaycanda hakimiyyət belə qurumların yaradılmasını təkzib edirdi.
Jurnalistlərə qarşı bütün cinayətlərin və onların qətllərinin icbari beynəlxalq araşdırılması həm mühüm preventiv, həm də cəza vasitəsi olardı. Təcrübə göstərir ki, jurnalistlərin qətllərinin araşdırılması, milli səviyyədə, icra hakimiyyətinin nəzarəti altında olan milli hüquq-mühafizə orqanları tərəfindən aparılırsa, çıxılmaz nöqtəyə gəlib çatır. "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli hadisəsi buna nümunə ola bilər. O, 2005-ci ilin martında qətlə yetirilib. İlk mərhələdə FBR və Türkiyənin xüsusi xidmətləri araşdırmaya qoşulmuşdu. Türkiyə istintaq qrupunun rəhbəri sonradan bildirib ki, Azərbaycan hökumətinə qətlin icraçılarının və sifarişçilərinin adları təqdim edilib. Amma xarici müstəntiqlər öz ölkələrinə göndərildi və yerli istintaq çıxılmaz nöqtəyə gəlib çıxdı. Sonrakı jurnalist araşdırmaları göstərib ki, iş saxta şəkildə təqib edilib.
Jurnalistlərin qətllərinin və ya qətli cəhdlərinin araşdırılması üzrə icbari beynəlxalq araşdırma qrupu kimi beynəlxalq və yerli qanunvericilik qərarının hazırlanması və qəbul edilməsi BMT səviyyəsində həyata keçirilməli və ATƏT, AŞ, Aİ kimi regional təşkilatlar tərəfindən dəstəklənməlidir. Əlbəttə, bu cür araşdırmaların əlaqələndirici qurumu İnterpol və digər maraqlı qurumlar ola bilərdi.
Milli hökumətlərin və xidmətlərin KİV nümayəndələrinə qarşı cinayətlərin icbari beynəlxalq araşdırılmasına heyran olmayacaqlar, amma belə bir qərarın qəbulu jurnalistlərlə hesablaşmaq üçün killerlərin xidmətlərindən istifadə etmək istəyənlər üçün qabaqlayıcı siqnal olar.
Rəy yaz