Robert Kocharian, RIA Novosti

Robert Kocharian, RIA Novosti

"Mən böyük siyasətə qayıdıram!", - Ermənistanın eks-prezidenti Robert Köçəryan Marqarita Simonyana məxsus “Rossiya seqodnya” BİA-ya daxil olan  Rusiya "Sputnik" İnformasiya Agentliyinin Ermənistan Bürosuna (baş redaktor Marqarita Simonyan) müsahibəsində bildirib.

Lakin bu, Köçəryanın böyük siyasətə qayıtması barədə bəyanatı deyil. Hələ yanvarın 28-də o, Yerevanda bildirib ki, guya ölkənin hazırkı hakimiyyətinin keçirməyə hazırlaşdığı növbədənkənar parlament seçkisində iştirak edəcək.

Amma ilk dəfə bəyanat erməni dilində, ikinci dəfə isə rus dilində verilib. Belə çıxır ki, bu dəfə erməni cəmiyyətinə yox, məhz Kremlə ünvanlanıb.

Ruslara öz planları barədə məlumat vermək Köçəryanın nəyinə lazım idi? Cavab sadədir. Onun bu yaxınlarda Moskvaya səfərinin ən mühüm məqsədlərindən biri Rusiyanın siyasi rəhbərliyi ilə görüş idi. Sirr deyil ki, istənilən dövlətin birinci şəxsinin qəbuluna düşmək asan məsələ deyil. Birincisi, ona görə ki, hətta rəsmi şəxslərin qəbulu belə plan üzrə, ilkin müqavilə əsasında ciddi şəkildə həyata keçirilir və yalnız xüsusi hallarda ekstren qaydada həyata keçirilə bilər. Bəs onda qeyri-rəsmi şəxslərin səfəri barədə nə demək olar? Onlar ancaq şəxsi qaydada qəbul edilə bilər. Lakin bir qayda olaraq bu cür yüksək vəzifəli məmurların şəxsi səfərlərə ayıracaq zamanı olmur.

Köçəryan, əlbəttə ki, qeyri-rəsmi şəxsdir. Ancaq doğrudur ki, Vladimir Putinin yaxın dostu sayılır. Ən azı, 2018-ci ilin sentyabrında, "Ъ"nın xüsusi müxbiri Vladimir Solovyova müsahibəsində eks-prezident Rusiya lideri ilə dostluğundan danışıb.

Çox güman ki, Köçəryan ümid edirdi ki, əgər  Putinin özünün audiensiyasına nail ola bilməsə belə, ola bilər ki, səlahiyyətli şəxslərdən, Prezident Administrasiyasından, Təhlükəsizlik Şurasının üzvlərindən kiminsə tərəfindən qəbul edilə bilər. Ancaq əlaqə baş tutmadı. Kreml Köçəryanı qəbul etməkdən imtina etdi və o,  birdən ayıldı və başa düşdü ki, ətrafında informasiya vakuumu formalaşıb. O zaman görünür, kəşfiyyat aparmaq qərarına gəldi - bu vakuumu Rusiyadakı erməni diasporunun nəzarətində olan KİV-lər vasitəsilə yarmaq və eyni zamanda aydınlaşdırmaq: (Kremlin reaksiyasına görə) bu, göstərişlə yaradılıb, yoxsa öz-özünə yaranıb?

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanın azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş Dağlıq Qarabağa və ətraf rayonlara qayıdışı prosesilə bağlı ötən gün verdiyi bəyanata əsasən mülahizə yürütsək, Köçəryanın ətrafında vakuum düşünülmüş şəkildə yaradılıb.

"Biz hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli üçtərəfli bəyanatının 7-ci bəndi əvvəlki yaşayış yerlərini tərk etmək məcburiyyətində qalanların hamısına şamil edilir", - Zaxarova deyib.

Gördüyümüz kimi, Moskva üçtərəfli bəyanatın həyata keçirilməsində maraqlıdır. Köçəryan isə onun əleyhinədir və ona əngəl olmaq fikrindədir. Bunun üçün də səbəbləri var.

Rusiyalı politoloq O.Kuznetsov bildirir ki, prezidentliyi dövründə Köçəryan Ermənistanda $4 mlrd.-dan $6 mlrd.dək oğurlayıb və onları Rusiyaya aparıb. Onun Ermənistanda da kifayət qədər aktivləri var və onlar hələ milliləşdirilməyib. Köçəryan onları monetizasiya edərək ölkədən kənara çıxarmağa çalışır.

Bundan əlavə, Qarabağda separatçı rejimin saxlanmasına təkcə Rusiyanın erməni diasporu tərəfindən ildə təxminən $700 mln. ayrılıb. Bundan əlavə, Birinci Qarabağ Müharibəsindən sonra Qərbdəki erməni diasporu qələbəyə mükafat kimi Ermənistana və Qarabağa ciddi vəsait yatırıb. Lakin Qarabağ klanı (yəni, Köçəryan) bu puldan Rusiyada biznes qurmaq və Qarabağda marionet rejimin saxlanması üçün istifadə edib. Köçəryanın həbsindən öncə “obşak”  ("oğru kassası",  “koytol" - cinayət jarqonunda cinayətkar birlik mühitində qarşılıqlı yardım fondu.) onun nəzarəti altında olub.

Sonradan Nikol Paşinyan hakimiyyətə gəldikdən və Köçəryanı həbsə atdıqdan sonra diasporda çoxları bu qərara gəldi ki, artıq pul ödəməsinlər və illik ödəmələr $400 mln.-a qədər azaldı. COVİD-19 pandemiyası başlayanda bütün dünyada biznes çökdü. Təbii ki, Rusiyadakı erməni biznesi də istisna deyildi və Rusiya diasporu artıq Qarabağın maliyyələşdirilməsi üçün $400 mln.-u toplaya bilmədi. Onu da güman etmək lazımdır ki, Köçəryanın həbsdə olduğu müddətdə onun Rusiyada tabeliyində olanlar  eks-prezidentin aktivlərinə necə lazımdır "əl atıblar”.

Görünür ki, Köçəryanın Moskva səfərinə "nə qədərin qaldığının" və pul mübahisələrinin aydınlaşdırılması da səbəb olub. Həmçinin o, Rusiyadakı erməni diasporunun rəhbərlərindən kimin Qarabağ klanına sadiq qaldığını və hakimiyyət uğrunda mübarizədə onu kimin dəstəkləməyə hazır olduğunu, kimin isə hazır olmadığını aydınlaşdırmalı idi.

Etibarlı mənbələrdən məlum olub ki, Köçəryan səfər zamanı biznesmenlərlə, "Rusiya Erməniləri İttifaqı" Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyanla görüşüb. Vaxtilə

Abramyan Köçəryan klanının üzvü olub, lakin Rusiyada leqallaşdıqdan və maliyyə müstəqilliyi əldə etdikdən sonra Rusiya biznesində öz yerini tutub və hakimiyyət tərəfindən tanınıb, başa düşüb ki, Rusiya hökumətilə əməkdaşlıq etmək və onlara işləmək Ermənistan üçün işləməkdən daha sərfəli və təhlükəsizdir.

Əlbəttə ki, o, erməni millətçidir və gizlicə Ermənistan və Qarabağ üçün çalışır. Ancaq gizlicə. Abramyan çoxdan başa düşüb ki, Rusiyanın siyasi rəhbərliyinin xəttinə zidd getmək ciddi fəsadlarla nəticələnə bilər.

Həmçinin "İzvestiya qəzetinin redaksiyası" ASC-nin Direktorlar Şurasının sədri, «News Media» Nəşriyyat Evinin baş direktoru və prezidenti, "Baltik media qrupu” holdinqin prezidenti, "Həyat" tabloid-qəzetin yaradıcısı, "Ararat" (Moskva) Futbol Klubunun sahibi Aram Qabrelyanovla görüşlər olub.

Köçəryanın Rusiyanın erməni diasporunun bu liderləri ilə görüşlərinin məzmunu barədə heç nə məlum deyil, lakin bir şey aydındır ki, Köçəryan Moskvadan əliboş qayıdıb.

Köçəryanın xarakterinə bələd olaraq, böyük əminliklə ehtimal etmək olar ki, o, erməni eks-prezidentə məhəl qoymayan və bununla da sakit durmağın lazım olduğuna işarə edən Kremlin iradəsinə zidd olaraq, yenə də hakimiyyətə gəlməyə çalışır, indiki hakimiyyətin gördüyü işləri inkar etmək yolu ilə vəziyyəti qarışdırmağa cəhd edir.

Üstəlik, Ermənistanda Paşinyanın istefasını çoxları, o cümlədən Ermənistanda nüfuzu ənənəvi olaraq yüksək olan erməni apostol kilsəsi də tələb edir. Bundan öncə bütün ermənilərin katolikosu II Qaregin bildirib ki, payızda Dağlıq Qarabağda münaqişənin kəskinləşməsinə görə Paşinyan məsuliyyət daşıyır və vəziyyəti düzəltməyə qadir deyil.

Lakin Paşinyanı baş nazir kürsüsündən kənarlaşdırmaq üçün Köçəryan kütləvi mitinqlər təşkil etməlidir və oraya on minlərlə adam gəlməlidir. Amma indi Ermənistanda əhalinin mitinq fəallığı yoxdur. Hətta ötən ilin noyabrında Qarabağda müharibədə məğlubiyyətdən sonra keçmiş baş nazir Vazgen Manukyanın rəhbərlik etdiyi 17 müxalifət partiyasından ibarət "Vətənin Xilası Naminə Hərəkat"  küçələrə 5-7 mindən çox adam çıxara bilməmişdi. Bu, vətəndaşların Paşinyan hökumətinə loyallığı ilə yox, Qarabağ klanının nümayəndələrinin qayıdışını istəməməsilə bağlıdır.

Ən əsası isə Köçəryanın hakimiyyəti özünə qaytarması üçün heç nəyi yoxdur - nə güclü siyasi təşkilatı (Ermənistan Respublika Partiyasını əhalinin 1-2, ən çox 3%-i dəstəkləyir), nə də müvafiq sosial bazası.

2018-ci ilin aprel-may aylarında Ermənistanda kütləvi etirazlardan sonra növbədənkənar parlament seçkiləri keçirilib ki, dekabrın 9-da bu seçkilərdə Ermənistan inqilabının lideri Nikol Paşinyanın "Mənim addımım" bloku 70%-dən çox səs toplayıb. ERP heç parlamentə keçməyib.

Lakin Ermənistanda çətin ki kimsə ona maliyyə dəstəyi versin. Böyük erməni biznesi, əgər Rusiyaya yönəlməyibsə (Ermənistanda isə bu, əsasən Qərbə yönəlib), Qarabağ klanına sərmayə qoymayacaq. Çünki Köçəryanın dövründə Qərbdə erməni diasporunun Ermənistana yatırdığı milyardlar onun və ətrafının hesablarında, avuarlarında və biznesindədir. Çox güman ki, biznesmenlər Paşinyanı dəstəkləyəcəklər.

Köçəryanın dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmək imkanı da yoxdur. Çünki onun orduda dayağı yoxdur - Qarabağdakı bütün hərbi hissələr (keçmiş baş nazir Serj Sarqsyan 2018-ci ilin yazında xalqın onun siyasi maxinasiyalarından narazılığını yatırmaq üçün həmin hissələri cəlb etmək niyyətində olub) 44 günlük müharibə zamanı tükənib.

Üstəlik, Ermənistan ictimaiyyətində əksəriyyət Köçəryanın hakimiyyəti dövründə Ermənistanın Qarabağ separatçılarının xammal əlavəsinə çevrildiyinə görə ona nifrət edir. Ermənistan əhalisi öz acınacaqlı durumunu Qarabağ klanının hakimiyyəti illəri ilə bağlayır.

Odur ki, Köçəryanın hakimiyyət uğrunda mübarizə üçün heç bir resursu yoxdur. Lakin qeyri-sabitlik yarada bilməsi mümkündür.

***

“Malbruk yürüşə çıxır” (fr. Marlbrough s'en va-t-en guerre) populyar fransız xalq mahnılarından biridir. 

Malbruk haqda mahnını 1709-cu ildə fransız əsgərlər Malplakda döyüş ərəfəsində qoşublar. Fransızların düşərgəsində  ispan irsi uğrunda müharibədə onların əvvəlki uğursuzluqlarının səbəbkarı, ingilis qoşunlarına rəhbərlik edən, fransızların öz təbirincə "Malbruk" adlandırdıqları Hersoq Malboronun həlak olması barədə yalan şayiələr dolaşıb.  (https://ru.wikipedia.org/)

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti