"Rusiyanın bu agentliyi dəfələrlə etibarsız hərəkət edib və ABŞ, Avropa və Rusiyada insanları manipulyasiya etməyə çalışıb. Biz dünyanın istənilən nöqtəsində onların Facebook-da olmasını istəmirik", deyə Tsukerberq jurnalistlərə bildirib.
Onun bəyanatında gözlənilmədən Azərbaycanın da adı səslənmişdi. İnternet Araşdırmaları Agentliyi 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə etmək və Azərbaycan, Ukrayna və Özbəkistanın rusdilli sakinlərinə yönəlmiş məlumatların manipulyasiyası üçün "yüzlərlə saxta hesabdan" ibarət şəbəkə yaradıb, - deyə Tsukerberq həmin vaxt əlavə etmişdi.
Təxminən elə həmin dövrdə Azərbaycanlı jurnalistlər və blogerlər - məqalələri həm Azərbaycanda daxili siyasi hadisələrə, həm də Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin işıqlandırılmasına həsr olunan Eynulla Fətullayev, Bəhram Batdıyev, Yana Mədətova, Kənan Quluzadə və başqaları bir, üç günlük və bir həftəlik blokadalar (banlar) haqqında məlumat verirdilər. Martın 16-da isə açıq-aşkar Azərbaycanın əleyhinə olan "Ermənistanın səsi" qəzetində Facebook-da erməni fəalların kütləvi şəkildə bloklanmasından bəhs edilirdi. Qeyd edilirdi ki, müvəqqəti qadağa əsasən Azərbaycanla bağlı mövzularda yazan istifadəçiləri əhatə edib, bu zaman FB robotlarının ədavət dilinin təzahürü hesab etdikləri sözlərdən istifadə olunurdu.
Aydındır ki, Tsukerberq robot proqramını Azərbaycan və Ermənistan internet fəallarının qarşılıqlı təbliğat müharibəsində istifadə etdikləri sözlərdən təmizləmə üçün işə salıb. Belə bir söz tapan robot avtomatik olaraq istifadəçini ban edir. Yeni hala qarşı çarə tapılmayıb. "Dünyanın aparıcı internet resursları ilə kommunikasiya quracaq və dialoq yolu ilə Azərbaycanın maraqlarını müdafiə edə biləcək struktur lazımdır", informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Fərid Kazımov belə hesab edir.
Facebook ATƏT-in Minsk Qrupunun öhdəliklərini öz üzərinə götürərək, robotun anlayışına görə, iki Cənubi Qafqaz respublikası arasında düşmənçilik salanları ban edir. Facebook-un hesabatına əsasən, bütün dünya üzrə silinən hesabların milyona yaxın abonəsi var idi, onların 29 mini Azərbaycandadır. Amma martın 15-də Vaşinqtondan başqa bir bəyanat da gəldi: ABŞ-ın Maliyyə Nazirliyi cərimə tədbirlərini 19 Rusiya vətəndaşına və 5 təşkilata da şamil edib. Məhdudiyyətlər, xüsusən, Rusiyanın xüsusi xidmətlərinə - FTX və DKİ-yə, habelə "trol fabriki" kimi məşhur olan İnternet Araşdırmaları Agentliyinə toxunub.
İnternetdə ABŞ tərəfindən qoyulmuş anti-Kreml sanksiyaları Kremllə sıx əməkdaşlıq edən Azərbaycanlı siyasətçilərə və oliqarxlara da (bəziləri eyni zamanda həm siyasətçi, həm də oliqarxdır) şamil edilə bilər? Həm də Rusiya-Azərbaycan arasında bu əlaqə təkcə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya müntəzəm səfərlərindən deyil, elə həmin Rusiya Agentliyində ("trol fabriki") anti-Amerika şöbəsinə rəhbərlik etmiş (bəlkə də hələ də rəhbərlik edir) azərbaycanlı Ceyhun Aslanovun şəxsiyyətindən də görünür. O, ABŞ-ın xüsusi prokuroru Robert Müllerin Amerikada seçkilərə müdaxilə etməkdə ittiham etdiyi 13 Rusiya vətəndaşından biridir.
Belə düşünmək üçün əsas var, belə ki, bu il Facebook-un Azərbaycan seqmentində Azərbaycan hakimiyyətinə işləyən trollar haqqında çox danışılır, onlar ifşa edilir. Azərbaycanlılar üçün yeni olan "siyasi trollinq" anlayışının ortaya çıxmasını AND Müxalif Mühacirlər Hərəkatının mətbuat katibi Güllü Cahangirova hakimiyyətin xaricdən Azərbaycan dilində səslənən etiraz səslərini susdurmaq iqtidarında olmaması ilə izah edir.
"Rejimdən narazılığı açıq-aşkar ifadə edənlər internetdə qalib gəlir, belə ki, sosial şəbəhələrdə söz azadlığı var. BUna görə trolların yaydığı mətnlər və şəkillər aciz görünür, deyə Cahangirova yazır.
O, müxalif fəal Orduxana və İ.Əliyev hakimiyyətini tənqid edən digər internet fəallarına qarşı trolların internet hücumlarını nümunə göstərib.
Forum iştirakçısı Azər İsmayıl Azərbaycan trollarının təkcə axmaq-axmaq statuslar yaymadığını, həm də siyasi müxalifətin mətnlərini şəbəkələrdə qadağan edilmiş mövzularda (terrorçuluq, pedofiliya...) çıxışlar kimi qələmə verərək, Facebook administrasiyasına şikayət edirlər, Facebook isə yalan şikayəti araşırmadan müxalifətçilərin hesablarını avtomatik ban edir. Azərbaycan hakimiyyətinin xoşuna gəlməyən və ban edilən forum iştirakçılarının sayı gündən-günə artır.
Sosial şəbəkələrdə baş verənlər göstərir ki, Azərbaycanda (görünür, Bakıda) öz " troll fabriki" yaranıb, onun qarşısında hakimiyyət tənqidçilərinin hesablarını ban etdirmək və zərərsizləşdirmək vəzifəsi durur. Azərbaycan "fabrikinin" arxasında hakim Yeni Azərbaycan Partiyasının gənc fəallarının yorulmadan işlədiyi bir neçə kompüteri olan hakimiyyətə yaxın QHT kimi görünməsinə ehtiyac yoxdur. Hazırda şəbəkə "fabrikləri" uğurla fəaliyyət göstərir - insanlar evdən işləyir, "fabrik" binası tikmək lazım deyil.
Həmvətənimiz Ceyhun Aslanovu bir daha yada salaq və onda Moskva və Bakı üçün xoşagəlməz müxalifətçilərə nəzarət və onların bloklanması işində Rusiya-Azərbaycan əməkdaşlığını təsəvvür etmək daha asan olacaq. İki paytaxt arasında informasiya sahəsində əməkdaşlıq bir neçə ildir davam edir: Bakıda Kremlin siyasi əmrlərini yerinə yetirən Rusiyanın iki informasiya agentliyinin - "Sputnik" və "İnterfaks"ın filialları fəaliyyət göstərir. Nikolay Patruşevə və baş təbliğatçı Əli Həsənova öz siyasi rəqiblərinə qarşı trollinq sahəsində belə bir əməkdaşlıq qurmağa nə mane olur? Özü də Ceyhun Aslanovun şəxsində təcrübəli mütəxəssisə malik olduqları halda!
Mark Tsukerberq şəbəkəyə "düşmənçilik dili" daxil olan hesabların bloklanması üzrə uğurlu sistem yaradıb. Facebook müəllifi tezliklə sosial şəbəkə istifadəçisinin "troll fabriki" tərəfindən idarə olunan hesabın abonəsi olub-olmadığını yoxlamağa imkan verən xüsusi dəyişikliyin ortaya çıxacağı barədə xəbərdarlıq edir.
ABŞ dünyada totalitar düşüncəyə qarşı mübarizə aparan aparıcı qüvvə olaraq qalmaqdadır. Facebook-u totalitar trollardan təmizləməyə başlayan Tsukerberq ABŞ Konqresi ilə əməkdaşlıq etdiyini gizlətməyib. O, aprelin 10-da orada trollara qarşı mübarizədə vəziyyətlə bağlı məruzə edəcək. Rusiyanın İnternet Araşdırmaları Agentliyinin (bəlkə də elə həmin C.Aslanovun idarə etdiyi) Azərbaycanlı həmkarları Tsukerberqin və Konqresin görüş dairəsinə düşə bilərlər, axı onlar məhz Azərbaycanda totalitar təfəkkürün gücləndirilməsi ilə məşğuldurlar.
Rəy yaz