Фото: clublouvre.com
Apreldə ərzağın qiyməti sabit qalıb
Bakı/12.05.17/Turan: Apreldə Bakıda Turan Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti dəyişməyib.
Martda istehlak səbətinin qiyməti orta hesabla 1% azalıb.
Artım ötən ilin iyulundan başlayıb (+1,4%) və fevralda (1,7%) başa çatıb. Ən böyük artım dekabrda (4%) olub.
İndiki azalma göstərir ki, Azərbaycan vaxtından əvvəl mövsümi məhsul bazarına çıxır. Bu isə piştaxtalara daha ucuz yerli kənd təsərrüfatı məhsullarının çıxması ilə bağlı qiymətlərin ucuuzlaşması, rasionda bitki qidalarının artımı ilə xarakterizə edilir, deyə mart hesabatında bildirilir.
Ucuzlaşma həm də əhalinin alıcılıq qabiliyyətinin düşməsi, böhrandan sonra həyat səviyyəsinin pisləşməsi ilə bağlıdır.
Apreldə pomidor (33%), yumurta (12,5%), toyuq əti (+7,5%), kartof (5,8%) bahalanıb, xiyar (-40%) və qoyun əti (-4,3%) ucuzlaşıb.
Mayda və sonrakı aylarda ərzaq mallarının ucuzlaşmasının davam edəcəyi gözlənilir.-0-
Məhsulun adı | 01.04.17 tarixə olan qiymətlər | 01.05.17 tarixə olan qiymətlər | Dəyişiklik |
Mal əti | 11.0 | 11.0 | 0 |
Qoyun əti | 11.0 | 11.50 | - 0.50 |
Toyuq əti | 4.30 | 4.0 | + 0.30 |
Toyuq iç-çalatı | 3.30 | 3.30 | 0 |
Ağ balıq | 35.0 | 35.0 | 0 |
Kərə yağı | 13.90 | 13.90 | 0 |
Qarğıdalı yağı (1l) | 4.10 | 4.10 | 0 |
Marqarin yağı | 5.50 | 5.50 | 0 |
Yumurta (10 əd.) | 0.90 | 0.80 | + 0.10 |
Şəkər tozu | 1.30 | 1.30 | 0 |
Şəkər | 1.80 | 1.80 | 0 |
Duz | 0.45 | 0.45 | 0 |
Un (1-ci növ) | 0.53 | 0.53 | 0 |
Vermeşil | 0.90 | 0.90 | 0 |
Qarabaşaq | 2.60 | 2.60 | 0 |
Makaron | 0.90 | 0.90 | 0 |
Düyü (uzun) | 3.0 | 3.0 | 0 |
Süd (1l) | 1.40 | 1.40 | 0 |
Xama (100q) | 0.60 | 0.60 | 0 |
Qatıq (250q) | 1.75 | 1.75 | 0 |
Pendir | 6.0 | 6.0 | 0 |
Peçenye yerli | 2.10 | 2.10 | 0 |
Kartof | 0.90 | 0.85 | + 0.05 |
Soğan | 0.30 | 0.25 | + 0.05 |
Xiyar | 1.50 | 2.50 | - 1.0 |
Pomidor | 4.0 | 3.0 | + 1.0 |
Kələm | 0.85 | 0.85 | 0 |
Alma | 1.0 | 1.0 | 0 |
Göyərti (bir dəstə) | 0.20 | 0.20 | 0 |
121.08 | 121.08 | 0 |
Bazarların icmalı
-
Azərbaycandakı kommersiya banklarının 2023-2024-cü illərin yekunundakı maliyyə göstəricilərinin müqayisəsi (illik dinamikası) əsasında renkinqlərini təqdim edirik. Renkinqlər bankların internet səhifələrində yerləşdirdikləri maliyyə hesabatlarından istifadə edilməklə hazırlanıb.
-
Azərbaycandakı kommersiya banklarının 2024-cü ilin yekunundakı maliyyə göstəricilərinin əsasında renkinqlərini təqdim edirik. Renkinqlər bankların internet səhifələrində yerləşdirdikləri maliyyə hesabatlarından istifadə edilməklə hazırlanıb.
-
2024-cü ilin dekabrında Bakıda tikinti materialları bazarında qarışıq dinamika müşahidə olundu. Əsas kateqoriyalar üzrə qiymətlərdə orta səviyyəli ümumi azalma ilə xarakterizə edilən bu dövrdə tikinti materiallarının ümumi qiymət indeksi noyabr ayı ilə müqayisədə təxminən 2,4% azalaraq təklif və tələbin dəyişən iqtisadi şəraitdə yenidən kalibrləşdiyini göstərdi. Ekspertlər bu dəyişiklikləri qlobal material qiymətlərinin düzəlişi, yerli bazar korrektivləri və mövsümi zəifləyən tikinti aktivliyinin birləşməsi ilə izah edirlər.
-
2024-cü ilin dekabr ayında Bakıdakı istehlak səbətinin (İS) orta qiyməti, Turan agentliyi tərəfindən tərtib olunan 30 əsas yerli istehsal ərzaq məhsulundan ibarət siyahıya əsasən, 0,6% artıb.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 278
-
- Bazarların icmalı,
- 14:22
- 232
Rəy yaz