Həftəsonu hava şəraiti sabitləşəcək

Bakı/12.05.17/Turan: Mayın 13-nə keçən gecə Bakıda və Abşeronda qısamüddətli yağış yağacaq, şənbə günü hava şəraiti yağmursuz olacaq. Havanın temperaturu gecə +12 +15, gündüz +20 +24 dərəcə təşkil edəcək.

Sinoptiklərin məlumatına görə, bazar günü aydın, günəşli hava şəraiti və temperaturun 1-2 dərəcə yüksələcəyi gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Aran rayonlarında havanın temperaturunun gündüz 23-28° isti, dağlarda gündüz 12-17° isti olacağı təxmin edilir. -05D06-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti