15 yaşınadək yeniyetmələr identifikasiya kartı ala biləcəklər
15 yaşınadək uşaqlara şəxsiyyət vəsiqəsini əvəz edən sənədlər veriləcək. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən Turan-a bildirilib ki, “Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun Milli Məclisə daxil olub.
Əgər payız sessiyası zamanı müzakirələr uğurla başa çatarsa gələn il yanvarın 1-dən azyaşlı vətəndaşlar doğum haqqında şəhadətnamədən əlavə fərdi identifikasiya kartı da alacaqlar. Kartda onlar haqqında biometrik məlumatlar əksini tapacaq.
Sənəd valideynlər, övladlığa götürən şəxslər, qəyyum və himayəçilərin müraciətləri əsasında veriləcək.
15 yaşından Azərbaycan vətəndaşları ümumvətəndaş pasportu ala bilər. --17D—
-
- Siyasət
- 30 Oktyabr 2013 13:27
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz