
26 kiloqram narkotik maddənin Xəzər vasitəsilə qaçaqmalçılıq yolu daşınması cəhdinin qarşısı alınıb
26 kiloqram narkotik maddənin Xəzər vasitəsilə qaçaqmalçılıq yolu daşınması cəhdinin qarşısı alınıb
İyulun 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində ümumilikdə 26 kiloqram 325 qram narkotik vasitə (24 kiloqram 835 qram marixuana, 1 kiloqram 490 qram tiryək), 2500 ədəd metadon M-40 həbi, 660 ədəd preqabalin 150 kapsulu, 40 qutu Marlboro, 10 qutu Milano siqaretləri və 5 ədəd TİTAN siqarının Xəzər dənizi vasitəsilə qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Məlumatda hansı ölkənin ərazisindən qaçaqmalçılığa cəhd edildiyi açıqlanmır.
Lakin bir qayda olaraq, Xəzər vasitəsilə narkotik maddələrin və digər malların qaçaqmalçılığına cəhdlər İran tərəfdən olur.
Rəy yaz