
koronavirusinfo.az
Bakı/07.07.22/Turan: Son sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 40 yeni hal qeydə alınıb, 49 nəfər sağalıb, 1 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Ümumilikdə pandemiya başlayandan ölkədə 793 546 nəfər koronavirusa yoluxub, 783 550 nəfər sağalıb, aktiv xəstə sayı 277 nəfərdir. 9 719 nəfər vəfat edib.
Son sutka ərzində 2 348 test keçirilib.-05D-
Cəmiyyət
-
Tanınmış jurnalist Mayis Əlizadə martın 6-da səhər saatlarında İstanbulda qəfil ürək tutmasından vəfat edib. O Türkiyə barədə analitik təfəkkürü, bu ölkənin tarixi və siyasəti ilə bağlı dərin biliyi ilə tanınan jurnalist və tərcüməçi idi.
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
Rəy yaz