Açiq mənbələrdən foto.
50-dən çox beynəlxalq qeyri-hökumət təşkilatı Ukrayna və Rusiyanın müstəqil mediasını dəstəkləyib
Bakı/25.02.22/Turan: Azərbaycan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 50-dən çox beynəlxalq qeyri-hökumət təşkilatı ilə birlikdə ukraynalı jurnalistlərə həmrəylik və dəstək ifadə edib.
Bəyanatda deyilir ki, minlərlə ukraynalı reportyor Ukrayna döyüş bölgələrində öz işlərini cəsarətlə yerinə yetirirlər.
“Biz, Ukraynanın azad və müstəqil mediasını hədəf almış fiziki şiddət, kiber hücumlar, dezinformasiya və aqressorun tətbiq etdiyi digər silahları pisləyirik.
Biz eyni zamanda bu misli görünməmiş şərtlər altında Rusiyanın həqiqəti yaymaqla məşğul olan müstəqil mediası ilə də həmrəyliyimizi bildiririk”, - bəyanatda deyilir.06В-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz